'parlayan Ziya Gəncədə: Elm Və Sənətin İşığında' Adlı İlk Görüş Təşkil Edilib

Gəncə Dövlət Milli Dram Teatrında keçirilən görüşdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Azərbaycan Milli Elmlər Akademiyasının akademik-katibi, “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutunun direktoru Arif Həşimov, Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev, Əməkdar incəsənət xadimi, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Baba Vəziroğlu, Gəncə Tibb Kollecinin direktoru, Əməkdar həkim Mehman Rzayev, Gəncə Dövlət Milli Dram Teatrının direktoru Ədalət Hacıyev, Uşaq Səfirlər Məclisinin üzvləri, mədəniyyət işçiləri və şəhərdə fəaliyyət göstərən ali təhsil müəssisələrinin tələbələri iştirak ediblər.
Niyazi Bayramov çıxışında layihənin əhəmiyyətini yüksək qiymətləndirərək onun uğurla həyata keçiriləcəyinə inamını ifadə edib. O bildirib ki, gənclərin formalaşmasında mühüm rol oynayacaq bu təşəbbüsün ilk görüşünün məhz Gəncədə keçirilməsi təqdirəlayiqdir.
Bahar Muradova qonaqları salamlayaraq layihənin əhəmiyyətindən bəhs edib. O qeyd edib ki, layihə çərçivəsində müxtəlif sahələrdə uğur qazanmış şəxslərlə görüşlər təşkil olunacaq, onların həyat və fəaliyyət təcrübəsi gənclərlə bölüşüləcək. Layihənin əsas məqsədi gənclərin inkişafına dəstək vermək və cəmiyyət üçün aktual məsələlərə diqqət çəkməkdir.
Tədbir Gəncə Şəhər İcra Hakimiyyətində Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Xalidə Metenin moderatorluğu ilə panel müzakirə formatında davam edib.
Panel müzakirələrdə akademiklər Arif Həşimov, Fuad Əliyev və şair Baba Vəziroğlu çıxış edərək öz təcrübələrinə əsaslanıb, region üçün aktual mövzular ətrafında fikirlərini bölüşüblər. Ziyalılar gənclərə daim öz üzərlərində çalışmağın və biliklərini artırmağın vacibliyini tövsiyə ediblər.
Müzakirələr zamanı Uşaq Səfirlər Məclisinin fəallarını və gəncləri maraqlandıran suallar cavablandırılıb.
Tədbirin bədii hissəsi F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının solistləri, Əməkdar mədəniyyət işçisi Mehbarə Cəfərova və solist Rüstəm Cəfərovun ifaları ilə davam edib.
Qeyd edək ki, layihənin gələcəkdə ölkənin digər regionlarında da mərhələli şəkildə həyata keçirilməsi planlaşdırılır.
Ganja Şura Haberleri
- 17-04-202617:45 Gəncədə 18 Aprel – Beynəlxalq Abidələr Və Tarixi Yerlər Gününə Həsr Olunmuş Tədbir Keçirilib
- 17-04-202617:45 Gəncədə 'ııı Qida Sənayesi Və Qida Təhlükəsizliyi Forumu' Keçirilib
- 17-04-202615:20 Gəncədə 'yanğınlara Qarşı Qabaqlayıcı Tədbirlərin Səmərəliliyinin Artırılması' Mövzusunda Regional Müşavirə Keçirilib
- 17-04-202614:07 Niyazi Bayramov 'azərbaycandan Səs' Sosial Platformasının Təsisçisi İlə Görüşüb
- 16-04-202615:01 Niyazi Bayramov Nizami Parkına Baxış Keçirib, Sakinlərlə Səmimi Söhbət Edib
- 16-04-202611:24 Niyazi Bayramov 'xəmsə' Uşaq Rəqs Ansamblı İlə Görüşüb
- 15-04-202619:28 Niyazi Bayramov Gəncədə Sakinlərlə Növbəti Səyyar Görüş Keçirib
- 15-04-202617:03 Kənd Təsərrüfatı Nazirliyi Yanında İctimai Şuranın Üzvləri Adau-da Olublar
- 15-04-202613:25 Gəncədə Güclü Küləyin Vurduğu Ziyanın Aradan Qaldırılması İstiqamətində Aparılan Təmir-bərpa İşləri Davam Edir
- 15-04-202609:48 Atu-da Yeni Təsis Edilən Məzunlar Assosiasiyasının İlk İclası Keçirilib

